Netanyahu hədəfdə olan İran rəsmilərinin siyahısını açıqlayıb VİDEO

18.03.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə.Az-ın məlumatına görə, görüntüləri yayan "Iran International" qeyd edir ki, Netanyahu bu siyahını faktiki olaraq “aradan götürülməsi nəzərdə tutulan” şəxslər kimi təqdim edib. Onun sözlərinə görə, siyahıdakı iki nəfər artıq vəzifədən kənarlaşdırılıb, digərləri isə hələ də postlarındadır.

“Sağam, amma bu kart məndədir. Bu, perforasiya olunmuş kartdır. Bu gün iki adı sildim, qalanlarını isə görürsünüz”, – deyə Netanyahu bildirib.

Videoda sosial şəbəkələrdə yayılan və onun guya öldürüldüyünü, yayılan görüntülərin isə süni intellektlə hazırlandığını iddia edən şayiələrə də toxunulub. Netanyahu bu iddiaları lağa qoyaraq zarafatla hər iki əlində beş barmağının olduğunu göstərib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью