Netanyahu hədəflərini açıqladı: Həmas, Hizbullah, İran

18.09.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu İran hakimiyyətini devirmək, Həmas-ı məhv etmək və “Hizbullah”a qarşı əməliyyatları davam etdirmək niyyətində olduqlarını açıqlayıb.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Netanyahu bu barədə İsrailin daxili təhlükəsizlik xidməti “Şin Bet” əməkdaşlarının mükafatlandırılması mərasimində çıxış edərkən danışıb.

O bildirib ki, İsrail Həmas-ı məhv edəcək və əsas hədəflərdən biri İran hakimiyyətinin devrilməsi olacaq.

“Biz Həmas-ı məhv edəcəyik və ilk növbədə İrandakı rejimi məğlub edəcəyik. Onu devirəcəyik. O, süqut edəcək”, - Netanyahu deyib.

İsrail hökumətinin başçısı həmçinin 2023-cü il oktyabrın 7-də HƏMAS-ın rəhbərliyi ilə həyata keçirilən hücumda iştirak edən şəxslərin təqibinin davam etdiriləcəyini bildirib.

O, həmçinin “Hizbullah”a qarşı mübarizənin də davam etdiriləcəyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью