Netanyahu hədələdi: İntensiv müharibə başlayacaq

29.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Hizbullah qaydalara əməl etməsə, intensiv müharibə başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Mən İsrail Müdafiə Qüvvələrinə göstəriş verdim. Əgər razılaşmanın kütləvi şəkildə pozulması baş versə, biz zor gücü ilə hərəkət edəcəyik. Bu zaman İsrail ordusuna gərgin müharibəyə hazırlaşmağı tapşıracam. Livanda atəşkəs uzun sürməyə bilər. Amma İsrail Müdafiə Qüvvələri sərhəddə yerüstü infrastrukturu, eləcə də yeraltı bunkerləri və tunelləri məhv edib. Şimal sakinləri mərhələli şəkildə geri dönəcəklər”, – deyə Netanyahu vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью