Netanyahu HƏMAS ın hücumundan xəbərdar imiş KİV

08.09.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

BƏƏ Prezidenti Məhəmməd bin Zayed 7 oktyabr 2023-cü il tarixindən təxminən 10 gün əvvəl Netanyahuya birbaşa xəbərdarlıq edərək, Yəhya Sinvarın İsrailə qarşı böyük HƏMAS əməliyyatı hazırladığını söyləmişdi.

Axar.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

“Netanyahu cavab olaraq HƏMAS-ın Qərb Sahilinə yönəldiyinə inandığını və İsrailin istənilən ssenariyə hazır olduğunu deyib.

Netanyahu Şin Bet, MOSSAD və ya İsrail Müdafiə Qüvvələrinin rəhbərlərini bu xəbərdarlıq barədə məlumatlandırmamaqda ittiham olunur.

Netanyahunun ofisi isə BƏƏ prezidentindən hər hansı bir xəbərdarlıq aldığını inkar edib və iddianı tamamilə yalan adlandırıb”, - məlumatda bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью