Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrail Baş naziri Binyamin Netanyahu 7 oktyabr 2023-cü il hücumlarının ikinci ildönümündə HƏMAS-ı məğlub edəcəyini və Qəzzadan bütün girovların geri qaytarılacağını vəd edib.
Teleqraf xəbər verir ki, Netanyahu hadisələri “dəhşətli qırğın” adlandırıb.
O, ölkənin ağır itkilər verdiyini, lakin məğlub olmadığını bildirib. O qeyd edib ki, İsrail ordusu HƏMAS-ı məğlub etmək, bütün girovları azad etmək və Qəzzanın təkrar təhlükə mənbəyi olmaması üçün əməliyyatları davam etdirir.