Netanyahu hər girova görə 5 milyon dollar tələb qoydu Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

19.11.2024

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

İsrail HƏMAS hərəkatının əsarətindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazır olduğunu açıqlayıb. 

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu noyabrın 19-da Qəzza zolağına səfəri zamanı bildirib.

"Bu vəziyyətdən çıxmaq istəyənlərə deyirəm: kim bizə girov gətirsə, təhlükəsiz çıxışı təmin edəcəyik. Həm onun, həm də ailəsinin”, - deyə Netanyahu fələstinlilərə müraciət edərək mükafatın məbləğini açıqlayıb. 

"Seçim sənindir. İstənilən halda nəticə eyni olacaq: biz hamını geri qaytaracağıq”, - o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью