Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu son həftələrdə ABŞ prezidenti Donald Trampı İranla mümkün razılaşmaya tələsməməyə çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) məlumat yayıb.
Məlumata görə, Netanyahu Vaşinqtona Tehrana etimad göstərməyin riskləri barədə xəbərdarlıq edib və ABŞ-ın İranın gələcək öhdəliklərini necə təmin edəcəyini soruşub.
İsrail tərəfinin ABŞ və İran arasında danışıqların sürətlənməsi və atəşkəs elanından təəccübləndiyi bildirilir.
Netanyahu həmçinin İrana ciddi güzəştlər verilməzdən əvvəl sərt nəzarət mexanizmlərinin tətbiqini tələb edib və ABŞ-ın razılaşma istiqamətində irəlilədiyini öyrəndikdən sonra Trampdan təcili görüş istəyib.
Ağ Ev isə Tramp və Netanyahunun münasibətlərinin yaxın qaldığını açıqlasa da, “WSJ” materialı Vaşinqton və Təl-Əviv arasında İran məsələsində ciddi fikir ayrılıqlarının olduğunu göstərir.
Müşviq Tofiqoğlu
KONKRET.az