Icma.az bildirir, Apasport portalına istinadən.
UEFA futbol matçlarında Fələstin bayraqlarının və bu ölkəyə dəstək məqsədilə hazırlanan pankartların nümayiş etdirilməsi ilə bağlı mövqeyini açıqlayıb.
Apasport.az xəbər verir ki, açıqlamaya görə, UEFA Fələstin bayraqları və simvollarını təxribat xarakterli hesab etmir. Bu səbəbdən də onların qurumun təşkil etdiyi turnirlərdə nümayiş etdirilməsinə icazə verilir.
UEFA-nın bu açıqlaması İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinin “Qalatasaray”ı UEFA-ya şikayət etməsi barədə məlumatların yayıldığı vaxtda gündəmə gəlib.
Xatırladaq ki, İstanbul təmsilçisinin prezidenti Dursun Özbək dünən verdiyi açıqlamada azarkeşlərin Fələstin xalqına dəstək məqsədilə tribunalarda açdıqları pankartlara görə klubdan UEFA-ya şikayət edildiyini açıqlayıb.
Qeyd edək ki, “Qalatasaray” azarkeşləri UEFA Çempionlar Liqasında keçirilən oyunlarda dəfələrlə Fələstinə dəstək pankartları açıblar. Noyabrın 24-də “Aston Villa” ilə İstanbulda baş tutan qarşılaşmada da tribunalarda Fələstin bayraqları və Qəzzaya dəstək mesajları nümayiş etdirilib.
De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var” “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi