Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasını istəyir. Lakin ABŞ Prezidenti Donald Tramp Konqresə ara seçkilərindən əvvəl yeni zərbələrin endirilməsinə qarşı çıxır.
Milli.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, oktyabrın əvvəlində Netanyahu İsrail Hərbi Hava Qüvvələrinə İran ərazisinə genişmiqyaslı zərbələr endirməyə hazırlaşmaq barədə göstəriş verib.
"Ordu hücuma hazır idi. Lakin ABŞ Prezidenti Donald Tramp İsrailin bu addımına qarşı çıxdı. Bundan sonra Netanyahu Hərbi Hava Qüvvələrinə zərbə hazırlıqlarını dayandırmaq barədə göstəriş verdi", - deyə nəşr yazıb.
Məlumata görə, Tramp İsrail tərəfinə Vaşinqtonun noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə ara seçkilərədək münaqişənin gərginləşməsinə səbəb olacaq addımların atılmasını istəmədiyini çatdırıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)