Netanyahu: İran 50 Şimali Koreyaya bərabərdir

03.03.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

“Şimali Koreyanı heç kim dayandıra bilmədi və indi onun nüvə silahları və ballistik raketləri var. İran 50 Şimali Koreya kimidir. O, ABŞ-ın məhvinə sadiqdir. Prezident Tramp bu reallığı başa düşür”.

APA xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsi zamanı deyib.

O eyni zamanda İsrailin İrana hücumunun sürətli və qətiyyətli olduğunu, onun uzun sürən münaqişəyə çevrilməyəcəyini deyib.

"Bu müharibə sonsuz olmayacaq. Bu, sürətli və qətiyyətli əməliyyat olacaq", - Netanyahu deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью