Netanyahu: İran və Hizbullah ın zərbələri zamanı ...

08.06.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail tam özünümüdafiə hüququnu özündə saxlayır və Livanın "Hizbullah" hərəkatı tərəfindən gələn istənilən təhdidlərə sərt reaksiya verməyə hazırdır.
Demokrat.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu dövlət televiziyasında yayımlanan müraciətində bildirib.
Onun sözlərinə görə, İran və onun dəstəklədiyi "Hizbullah" qruplaşması zəifləyib, İsrail ərazisinə zərbələr isə dayanıb.
Bununla yanaşı o əlavə edib ki, əgər İran və "Hizbullah" İsrailə zərbələri bərpa edərsə, hakimiyyət qətiyyətli cavab verəcək və özünümüdafiə hüququndan istifadə edəcək.
Baş nazir həmçinin qeyd edib ki, İran və "Hizbullah"la mübarizə hələ başa çatmayıb.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью