Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu İrandakı hakimiyyətin devrilməsinin vacibliyini bəyan edib.
Sherg.az xəbər verir ki, Netanyahu İranın ali rəhbəri Müctəba Xameneinin nüvə silahı hazırlamağa çalışdığını iddia edib. Onun sözlərinə görə, bu təhlükəni birdəfəlik aradan qaldırmağın yeganə yolu İrandakı rejimi devirməkdir.
İsrailin müdafiə naziri İsrael Kats isə İranı və onun regiondakı müttəfiqlərini İsraildə keçiriləcək seçkilərin nəticələrinə təsir göstərməyə çalışmaqda ittiham edib və mümkün hücumlara sərt cavab veriləcəyini bildirib.
Qeyd edək ki, İsraildə parlament seçkilərinin oktyabrın 27-də keçirilməsi nəzərdə tutulur.
Sorğulara əsasən, Qadi Eyzenkotun rəhbərlik etdiyi siyasi blok 55, Netanyahunun bloku isə 51 mandat qazana bilər. Knessetdə hökumət qurmaq üçün 120 yerdən ən azı 61-nə sahib olmaq lazımdır.