Netanyahu İranın nüvə obyektlərini vurmaq üçün Trampdan silah istəyəcək “Axios”

04.02.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla danışıqlar zamanı onu İsrail ordusunu yerin dərinliklərində İranın nüvə obyektlərini məhv edə biləcək silahlarla təmin etməyə inandırmağa çalışacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Onlar bildiriblər ki, Tehranın nüvə proqramı ətrafında vəziyyətin diplomatik yolla nizamlanması üzrə danışıqlar uğursuz olarsa, zərbə endirə bilərlər. Fevralın 3-də “Foreign Affairs” jurnalı Trampın çox güman ki, İsrailə İslam Respublikasına hücum etməyə icazə verəcəyini irəli sürüb.

Eyni zamanda, portal qeyd edir ki, Tramp İranla razılaşma əldə etmək arzusunu ifadə edib və bunun sayəsində “İsrailin hərbi əməliyyatlarına ehtiyac aradan qalxacaq”. “Axios”un yazdığına görə, Amerika lideri və yəhudi dövlətinin hökumət başçısı İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılması imkanlarını da müzakirə edəcək.

Fevralın 4-də Tramp Netanyahunu Ağ Evdə qəbul edəcək. Vaşinqtona uçmazdan əvvəl İsrail hökumətinin başçısı bildirib ki, o, Amerika lideri ilə Fələstinin radikal HƏMAS hərəkatı üzərində qələbə, Qəzza zolağında saxlanılan girovların qaytarılması və İrana qarşı mübarizəni müzakirə etmək niyyətindədir.

Daha əvvəl “Axios” İsrail rəsmiləri arasında olan mənbələrə istinadən xəbər vermişdi ki, Netanyahu Trampla danışıqlar zamanı onu Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsindən imtina etmək və HƏMAS-a qarşı mübarizəni davam etdirmək planını təsdiqləməyə inandırmağa çalışacaq.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью