Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Baş nazir Binyamin Netanyahu İranın İsraillə münasibətlərin gərginləşməsini istəmədiyinə ümid etdiyini bildirib:
“Biz eskalasiya cəhd göstərmirik. Ümid edirəm ki, onlar da belədir”.
“Cebheinfo.az”-ın məlumatına görə, Netanyahu “Fox News”-a müsahibəsində belə deyib. O qeyd edib ki, İran son zamanlar raket sınaqları keçirir. “Ümid edirəm ki, onlar bu səhvi etməzlər”,-deyə İsrailin Baş naziri bəyan edib.
“Sizin fikrinizcə, iyun ayında baş verən bombardmanlardan sonra İran nüvə və raket potensialını nə qədər bərpa edib?” sualına Netanyahu belə cavab verib: “Onlar çalışırlar. Onlar, həmçinin, raket istehsal güclərini yenidən qurmağa çalışırlar”.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin