Netanyahu: İsa Məsih Çingiz xandan üstün deyil

20.03.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrailin Baş naziri Benyamin Netanyahu ötən gün keçirdiyi mətbuat konfransında qalmaqal doğuracaq açıqlama verib.

Modern.az xəbər verir ki, o, xristianlığın peyğəmbəri İsa Məsihin monqol imperatoru Çingizxandan heç bir üstünlüyünün olmadığını bildirib.

"Əgər kifayət qədər güclü, amansız və güclü olsanız, şər xeyirə qalib gələcək",-deyə İsrail Baş naziri söyləyib.

İranın xarici işlər naziri Abbas Araqçi Netanyahunun bu çıxışına reaksiya verib.

"ABŞ-dakı xristianların xoş niyyətindən bu qədər asılı olan Netanyahunun İsa Məsihə qarşı açıq nifrəti heyrətamizdir. Bölgəmizin indiyə qədər gördüyü ən qəddar cəllad olan Çingiz xana qarşı etdiyi məhdudiyyətsiz təriflər onun hazırkı müharibə cinayətkarı statusu ilə də uyğun gəlir",-İran XİN başçısı deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью