Netanyahu: “İsrail Ərdoğanın təhdidləri barədə ABŞ ı məlumatlandıracaq”

29.06.2026

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

"Ərdoğanın İsrail dövlətinin məhv edilməsinə çağırış etmədiyi bir gün belə keçmir”

“İsrail Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təhdidləri barədə ABŞ-ı məlumatlandırmaq niyyətindədir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İsrailib Baş nazir Benyamin Netanyahu deyib.

"Ərdoğanın İsrail dövlətinin məhv edilməsinə çağırış etmədiyi bir gün belə keçmir. Biz bu sözləri çox ciddi qəbul edirik. Amerikalı dostlarımızın da diqqətini bu açıqlamalara cəlb edəcəyik. Biz təhdidləri görməzdən gəlmirik", - Netanyahu vurğulayıb.

Baş nazir qeyd edib ki, “Təl-Əviv bu yanaşmanı tarixi təcrübəsinə əsaslanaraq inkişaf etdirib”. Onun sözlərinə görə, “ölkə həmişə təhdidlərə ciddi yanaşıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью