Netanyahu: İsrail girovları azad etmək üçün Qəzzada atəşkəsə hazırdır

21.05.2025

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

İsrailin baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib ki, yəhudi dövləti girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi olaraq Qəzza zolağında müvəqqəti atəşkəs rejimini qəbul etməyə hazır olacaq.
Turkustan.az xəbər verir ki, bundan əlavə, baş nazir bəyan edib ki, əgər radikallar əllərində olan bütün girovları azad edərlərsə, anklav tamamilə silahsızlaşdırılarsa və HƏMAS hərəkatı zolağın ərazisini tərk edərsə, İsrail Qəzzada müharibəni dayandırmağa hazır olacaq.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью