Netanyahu: İsrail hələ də HƏMAS dan azad ediləcək girovların siyahısını gözləyir

18.01.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail hələ də HƏMAS hərəkatının azad etməli olduğu girovların siyahısını almayıb. Bu siyahı olmadan Qəzza zolağında atəşkəs razılaşması həyata keçirilə bilməz.

APA xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Razılaşdırıldığı kimi azad ediləcək girovların siyahısını almayana qədər [Qəzza] razılaşması ilə irəliləməyəcəyik. İsrail razılaşmanın pozulmasına dözməyəcək. Tam məsuliyyət HƏMAS-ın üzərinə düşür", - deyə Netanyahu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью