Netanyahu: İsrail İranda qarşısına qoyduğu hədəflərə çatmağa çox yaxındır

23.06.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail İranda qarşısına qoyduğu məqsədlərə çatmağa "çox yaxındır".

APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bəyan edib.

“Bu rejim bizi məhv etmək istəyir. Məhz buna görə biz nüvə təhlükəsini və ballistik raket təhdidini aradan qaldırmaq məqsədilə bu əməliyyata başladıq. Biz mərhələli şəkildə hədəflərimizə doğru irəliləyirik və onların reallaşmasına çox yaxınlaşmışıq,” – deyə Netanyahu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью