Netanyahu: “İsrail öz qayğısını özü çəkəcək” VİDEO | Icma.az
Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AzVision.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-nin vitse-prezidenti Cey Di Venslə görüşü zamanı belə deyib.
“Bəzən deyirlər ki, ABŞ bizim protektorumuzdur, bəzən də deyirlər ki, biz onların protektoruyuq.
Lakin İsrail ABŞ-nin protektoratlığı deyil”, - jurnalistlərin sualını cavablandıran Netanyahu bildirib.
Vens, öz növbəsində vurğulayıb ki, Vaşinqton Təl-Əvivlə müttəfiqlik münasibətlərinə ümid edir.
- ABŞ Yaxın Şərq işlərinə getdikcə daha az qarışacağı üçün biz buna səmimi şəkildə çalışırıq”, - Amerikanın vitse-prezidenti diqqətə çatdırıb.
Onun sözlərinə görə, “İbrahim razılaşmaları”nın genişləndirilməsi regionda uzunmüddətli sabitliyi təmin edə bilər.
Vens həmçinin, Vaşinqtonun HƏMAS-ı tərksilah etməyə çalışdığını və təhlükəsizliyi gücləndirmək üçün regional tərəfdaşlarla əlaqə saxlamağa davam etdiyini bildirib.
Tam oxu
Xəbəri oxu