Netanyahu İsrail Prezidentinə əfv müraciəti edib

01.12.2025

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail Baş naziri Benyamin Netanyahu haqqında illərdir davam edən korrupsiya işləri ilə bağlı İsrail Prezidenti İshaq Herzoqa rəsmi əfv müraciəti edib.

Sherg.az xəbər verir ki, Prezident Administrasiyası bunun ciddi nəticələri ola biləcəyini qeyd edərək müraciətin diqqətlə qiymətləndiriləcəyini açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp da daha əvvəl Herzoqa məktub göndərərək Netanyahuya əfv verilməsini xahiş etmişdi. Netanyahu "rüşvət, dələduzluq və vəzifədən sui-istifadə” ittihamları ilə üç ayrı cinayət işi üzrə mühakimə olunur və bütün ittihamları rədd edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью