Netanyahu: İsrail Suriya ilə qarşıdurmada maraqlı deyil

15.12.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Suriya ilə qarşıdurmada maraqlı deyil və Dəməşqə qarşı siyasətini bölgədəki reallığa uyğun olaraq müəyyən edəcək.

APA xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Netanyahu xatırladıb ki, Suriya onilliklər ərzində İsrailin fəal düşməni olub, dəfələrlə yəhudi dövlətinə öz ərazisindən hücum edib, başqalarının hücumuna icazə verib və İrana öz ərazisindən Hizbullahı silahlandırmaq imkanı yaradıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью