Netanyahu: İsrail tezliklə Qəzzanın 70% nə nəzarəti ələ keçirəcək

07.06.2026

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail yaxın gələcəkdə Qəzza zolağındakı hərbi mövcudluğunu genişləndirməyi və anklav ərazisinin 70%-i üzərində nəzarəti ələ keçirməyi planlaşdırır.
Demokrat.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu hökumətin həftəlik iclasında bildirib.
"Qəzza zolağında HƏMAS ətrafındakı ilgəyi hər tərəfdən sıxırıq. Hazırda zolağın ərazisinin 60%-nə nəzarət edirik və tezliklə bu rəqəmi 70%-ə çatdıracağıq. Onların yenidən silahlanmasına və ya bizə zərər verməsinə icazə verməyəcəyik və onların yüksək rəhbərliyini aradan qaldıracağıq", - deyə Netanyahu bəyan edib.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью