Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, o, "ABC News" telekanalına müsahibəsində hadisələrin inkişafı ilə bağlı üç mümkün ssenarini qeyd edib: yeni sazişin əldə olunması, sərt iqtisadi təzyiqlərin davam etdirilməsi və ya hərbi variant.
Netanyahunun sözlərinə görə, İranın nüvə proqramının dayandırılmasına gətirib çıxaran istənilən yol İsrailin milli maraqlarına uyğundur.
İsrail hökumətinin başçısı ABŞ prezidenti Donald Trampa təzyiq göstərməsi və ya Vaşinqtonu hərbi münaqişəyə cəlb etmək üçün onu yanlış istiqamətləndirməsi ilə bağlı iddiaları qəti şəkildə rədd edib. Netanyahu vurğulayıb ki, strategiya ilə bağlı müzakirələr müttəfiqlər arasında açıq şəkildə aparılır, lakin yekun qərarları yalnız ABŞ lideri qəbul edir.
Diplomatik imkanlardan danışan Netanyahu İran hakimiyyətinin səmimiliyinə şübhə ilə yanaşdığını bildirib. O, Tehranı aldatma və vaxt uzatma siyasəti yürütməkdə ittiham etsə də, iqtisadi təzyiqin istifadə edilməli olan təsirli vasitələrdən biri olduğunu qeyd edib.
Baş nazir müsahibə zamanı Hörmüz boğazının gələcəyi məsələsinə də toxunub. Onun sözlərinə görə, hərbi əməliyyatlar başa çatdıqdan sonra bu strateji su yolunun əhəmiyyəti azalacaq, çünki enerji axınları Qırmızı dəniz üzərindən İsrail və Aralıq dənizi istiqamətinə yönləndiriləcək. Netanyahu logistika marşrutlarının açılması ilə bağlı layihənin uğurla həyata keçiriləcəyinə əmin olduğunu bildirib.
ABŞ-da İsrailə daxili dəstəyin azalması ilə bağlı sualı cavablandıran Netanyahu bunun xarici dövlətlərin sosial şəbəkələrdə fəaliyyəti, bot şəbəkələrindən istifadə və Qəzza sektorunda baş verən hadisələrin təhrif olunmuş şəkildə təqdim edilməsi ilə əlaqəli olduğunu iddia edib.
Netanyahu bildirib ki, İsrail "barbarlara" qarşı mübarizə aparan müasir demokratiyadır. O, nümunə kimi HƏMAS-ın fəaliyyətini göstərərək, bu qruplaşmanın beynəlxalq ictimaiyyəti yalan ittihamlarla İsrailə qarşı yönəltməyə çalışdığını deyib.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin tənqidlərinə münasibət bildirən Netanyahu bildirib ki, keçirilən görüşdən sonra bütün anlaşılmazlıqlar aradan qaldırılıb. Onun sözlərinə görə, İsrailin siyasəti dəyişməz olaraq qalır və yalnız ölkə hökuməti tərəfindən müəyyən edilir.
Bizimyol.info