Netanyahu İsraildə milli birlik hökumətinin yaradılmasına çağırıb

07.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

İsrailin Baş naziri Binyamin Netanyahu ölkədə milli birlik hökumətinin qurulmasına çağırış edib.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, Netanyahu bildirib ki, hökumətə milli düşərgədə təmsil olunan bütün partiyalar, eləcə də İsrailin yəhudi dövlət kimliyini qorumaq istəyən bütün sionist siyasi qüvvələr daxil olmalıdır.
Onun sözlərinə görə, milli birlik hökumətinin əsas məqsədlərindən biri İrandan qaynaqlanan nüvə təhlükəsini birdəfəlik aradan qaldırmaq, İsrailin yəhudi dövləti kimliyini qorumaq və ölkə daxilində birliyi təmin etməkdir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью