Netanyahu iyulun 27 də Trampın dəvətilə Vaşinqtona səfər edəcək

24.07.2026

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə iyulun 27-də Vaşinqtona səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin dəftərxanasından bildirilib.

Məlumata görə, B.Netanyahu iyulun 28-də Ağ Evdə Trampla görüşəcək.

Qeyd edək ki, daha əvvəl B.Netanyahunun ABŞ-yə səfərinin iyulun sonuna keçirildiyi bildirilmişdi. Buna səbəb B.Netanyahunun da iştirak etməli olduğu ABŞ senatoru Lindsi Qremin anım mərasiminin ayın sonuna təxirə salınması idi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью