Netanyahu kabineti toplayır: Atəşkəs razılaşması təsdiqlənəcək

09.10.2025

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

İsrailin baş naziri Benyamin Netanyahu Misirdəki danışıqlarda Qəzzada atəşkəs razılaşmasının əldə olunmasından sonra kabinetin toplanaraq İsrailli məhbusların geri qaytarılması üçün atəşkəs razılaşmasını təsdiqləyəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Netanyahu Amerikanın X şirkətinin sosial media hesabından verdiyi açıqlamada Həmas ilə əldə olunan atəşkəs razılaşması ilə bağlı məlumat verib.
İsrailin baş naziri bildirib ki, Nazirlər Kabineti sabah toplanacaq və Qəzzada saxlanılan israilli məhbusların geri qaytarılması üçün Misirdə əldə olunan atəşkəs razılaşması orada təsdiqlənəcək.
Qəzzada soyqırımda ittiham olunan Netanyahu ABŞ prezidenti Donald Trampa göstərdiyi səylərə görə təşəkkür edib və "qonşu ölkələrlə sülhü genişləndirməyə davam edəcəklərini" müdafiə edib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью