Netanyahu “Likud”da seçki öncəsi mövqelərini möhkəmləndirir

11.08.2026

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu rəhbərlik etdiyi “Likud” partiyasının qarşıdakı parlament seçkiləri üçün namizədlər siyahısında yüksək vəzifəli şəxslər üçün əlavə təminatlı yerlərin ayrılmasına nail olub.

Bizimyol.info xəbər verir ki, “Likud” avqustun 11-nə keçən gecə namizədlər siyahısında əvvəlcədən müəyyənləşdirilmiş yerlərin genişləndirildiyini açıqlayıb. Bundan əvvəl Netanyahuya siyahıda səkkiz namizədi şəxsən müəyyənləşdirmək hüququ verilmişdi.

İndi isə partiyanın katibliyinin daha üç yüksək vəzifəli şəxsin siyahıya daxil edilməsini təsdiqləməsi gözlənilir. Bunlar müdafiə naziri İsrael Katz, xarici işlər naziri Gideon Saar və partiyanın mərkəzinin sədri Haim Katzdır.

Partiyanın açıqlamasında bildirilib ki, müdafiə naziri İsrael Katz üçün yerin əvvəlcədən rezerv edilməsində məqsəd onun diqqətini partiyadaxili siyasi mübarizəyə deyil, ölkənin təhlükəsizlik məsələlərinə yönəltməsinə imkan yaratmaqdır. Bu qərarın mövcud vəziyyət nəzərə alınmaqla partiyanın məhkəməsi tərəfindən də dəstəkləndiyi qeyd olunub.

Gideon Saarın “Likud”un siyahısına daxil edilməsi isə onun rəhbərlik etdiyi “Sağ Dövlətçilər” partiyası ilə birləşmə razılaşmasının şərtlərindən biridir. Haim Katz isə partiya mərkəzinin sədri statusuna görə siyahıda yer alacaq.

Bu qərarlar Netanyahunun ötən günlərdə yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən iş adamı Oren Duvronskiyə də siyahıda təminatlı yer ayırmasından sonra qəbul edilib.

Ötən ayın sonunda “Likud” konfransı partiyadaxili ilkin seçkilərin keçirilməsi qaydalarını təsdiqləyib. Qaydalar Netanyahuya partiya mərkəzinin bəzi üzvlərinin etirazlarına baxmayaraq, seçki siyahısında keçərli yerlər üzrə səkkiz namizədi şəxsən müəyyənləşdirmək hüququ verib.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью