Netanyahu Livanın cənubu ilə bağlı göstəriş verib

29.03.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu Livanın cənubunda yerləşən və İsrail ordusunun nəzarətində olan təhlükəsizlik zonasının genişləndirilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, o, bu barədə ölkənin şimal sərhədinə etdiyi səfər zamanı yayımladığı videomüraciətdə məlumat verib.

Görüntülər Baş nazirin ofisi tərəfindən ictimaiyyətə təqdim olunub.

Netanyahunun sözlərinə görə, bu addım sərhəd bölgəsində mümkün hücumların və raket atəşinin qarşısını almaq məqsədi daşıyır.

O bildirib ki, təhlükəsizlik risklərini minimuma endirmək üçün mövcud zona daha da genişləndiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью