Netanyahu Nazirlər Kabinetini toplayacağını açıqladı

09.10.2025

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrailin Baş naziri Benyamin Netanyahu Misirdə Qəzza zolağında atəşkəslə bağlı əldə olunan razılaşmanın ardından Nazirlər Kabinetini toplayacağını açıqlayıb. SİA xəbər verir ki, Netanyahu X sosial media platformasında yayımladığı bəyanatında bildirib ki, HƏMAS-la əldə edilən atəşkəs razılaşmasının birinci mərhələsi israilli məhbusların geri qaytarılmasını nəzərdə tutur və bu plan sabah keçiriləcək kabinet iclasında təsdiqlənəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da İsrail və HƏMAS-ın atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini bəyan edib.

Netanyahu bəyanatında ABŞ prezidentinə təşəkkür edərək, Trampın bölgədə sülhün təmin olunması istiqamətindəki səylərini yüksək qiymətləndirib. O, həmçinin, İsrailin “qonşu ölkələrlə sülhü genişləndirməyə davam edəcəyini” vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью