“Netanyahu nüvə silahına əl ata bilər”

14.04.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tehranla qarşıdurma fonunda Təl-Əviv son dərəcə çətin vəziyyətdədir və bu, İsrailin Baş naziri Benyamin Netanyahunu nüvə silahına əl atmağa vadar edə bilər. 

“Cebheinfo.az” xəbər verir ku, bunu Çikaqo Universitetinin professoru Con Mirşaymer aprelin 14-də Daniel Devisə verdiyi müsahibədə bildirib. Müsahibə onun “YouTube” kanalında yerləşdirilib.

Mirşaymer izah edib ki, İsrail liderləri Tehranı mövcudluq təhlükəsi kimi qəbul edirlər, lakin hazırda onu məğlub edə bilmədiklərini başa düşürlər. 

Professorun sözlərinə görə, belə bir "böyük vəziyyətə" düşən Təl-Əviv kəskin tədbirlərə əl ata bilər.

"Bu, bizi israillilərin sonda nüvə silahından istifadə etməyi düşünə biləcəyi təhlükəsinə qaytarır", - deyə analitik bildirib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью