Netanyahu Nyu Yorkun məhv edilməsi ehtimalından danışıb

16.06.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Təl-Əviv bu gün müdafiə olunmasa, sabah Nyu-York şəhəri İranın hücumuna məruz qalacaq, ona görə də ABŞ vəziyyətə müdaxilə etməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, ABC telekanalı xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. ...Bu gün Tel-Əvivdir. Sabah Nyu-York olacaq. Bax, mən "Öncə Amerika" prinsipini başa düşürəm. Amma "Amerika məhv edilir" prinsipini başa düşmürəm, - deyə siyasətçi bildirib.

Eyni zamanda Netanyahu ABŞ prezidenti Donald Trampın İsraili dəstəklədiyini və Amerika liderinin dəstəyini şəxsən yüksək qiymətləndirdiyini vurğulayıb.

Bundan əvvəl Netanyahu İranın ali dini lideri Əli Xamneyiyə sui-qəsd cəhdinin mümkünlüyünü istisna etməyib.

Xüsusilə, İsrail hökumətinin başçısı bəyan edib ki, o, “İranın ali liderinin sıradan çıxarılması imkanını istisna etmir”.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью