Netanyahu: Ölkənin varlığına təsir edən bir anın içindəyik

24.02.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Baş nazir Benyamin Netanyahu məhkəmədə hakimlərə deyib ki, İsrail ölkənin mövcudluğuna təsir edən “tarixi dönüş nöqtəsi”nin ortasındadır və o, bunu cinayət işi üzrə dinləmələrin sayını həftədə üçdən ikiyə endirmək xahişini şərh edərkən bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat verib.

"Biz tarixi dönüş nöqtəsindəyik. Biz varlığımızın əsasını təşkil edən məsələləri müzakirə edirik", - deyə Baş nazir hakimlərə müraciətində qeyd edib.

"Mövcudluğumuza, ölkənin gələcəyinə təsir edən şəraitdə dəyişiklik olunur. İndi biz bütün diqqətimizi ölkəmizin gələcəyi ilə bağlı məsələlərə yönətmişik. Məhkəmənin çağırışına əməl etmək hər bir vətəndaşın borcudur, lakin mövcud şəraitlə bağlı biz vaxt məsələsində müəyyən razılıq əldə etməliyik. Sizdən bunu nəzərə almanızı xahiş edirəm", - deyə o, müdafiə nazirinin şikayətini müzakirə etmək üçün iclasda iştirak etməsini ilə bağlı hakimlərin çağırışına münasibət bildirərkən qeyd edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью