“Netanyahu orduya təcili hərbi əməliyyatlara hazırlaşmağı əmr edib” KİV

08.03.2025

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“İsrailin Baş naziri Benyamin Netanyahunun başçılıq etdiyi ölkənin siyasi rəhbərliyi orduya Qəzza zolağında hərbi əməliyyatların bərpasına dərhal hazırlaşmağı əmr edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
Bildirilib ki, HƏMAS hərəkatı ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun sülh planını həyata keçirməkdə maraqlı deyil və danışıqlar dalana dirənib.
Qeyd edək ki, “Ynet” portalı cümə günü bildirib ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Eyal Zamir Fələstin anklavına qarşı yeni hücum planını təsdiqləyib. Nəşr bildirib ki, yəhudi dövləti münaqişənin genişlənməsinə hazırlaşır, HƏMAS isə qüvvələrini yenidən qruplaşdırır və müdafiəsini gücləndirir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью