Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
İsraildə yaxınlaşan parlament seçkiləri öncəsi baş nazir Benyamin Netanyahunun yenidən hökumət qurması üçün tələb olunan 61 mandatı əldə etməsi çətinləşir. “Jerusalem Post”un məlumatına görə, son sosioloji sorğular Netanyahu üçün narahatedici mənzərə ortaya qoyub. 120 yerlik Knessetdə hökumət qurmaq üçün ən azı 61 deputatın dəstəyi tələb olunur. Sorğulardan birində Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yashar” partiyasının 26 mandatla Netanyahunun “Likud” partiyasını geridə qoyduğu, “Likud”un isə 23 mandat topladığı bildirilib.
XQ