Netanyahu prostat vəzindən əməliyyat olunub

30.12.2024

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdəki Hadassa Tibb Mərkəzində prostat vəzindən əməliyyat olunub. O, əməliyay sonra özünə gəlib və sağalmaq üzrədir.
Modern.az xəbər verir ki, bu barədə “Times of Israel” Netanyahunun ofisinə istinadən məlumat yayıb.
 

"Əməliyyat uğurlu və fəsadsız keçdi. Baş nazirin vəziyyəti yaxşıdır", - ofisin açıqlamasında deyilir.
Onun möhkəmləndirilmiş reabilitasiya palatasında bir neçə gün müşahidə altında qalacağı gözlənilir.

İsrailin baş naziri prosedur zamanı tam anesteziya altında olub. Məlumata görə, həkimlər onun prostat vəzinin xoşxassəli böyüməsi nəticəsində yaranan infeksiya aşkar etdikdən sonra əməliyyat göstərişi verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью