Netanyahu “Qalatasaray”ı UEFA ya şikayət etdi Dursun Özbəkdən sərt cavab

24.11.2026

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qalatasaray” klubunun prezidenti Dursun Özbek İsrailin müvəqqəti baş naziri Binyamin Netanyahunun Fələstin xalqına dəstək pankartlarına görə klubu UEFA-ya şikayət etdiyini bildirib.

Sherg.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Özbek İngiltərənin “Aston Villa” komandası ilə Çempionlar Liqasının V turu çərçivəsində keçiriləcək oyun öncəsi HT Spor-a açıqlamasında məsələyə münasibət bildirib.

Klub prezidenti qeyd edib ki, Türkiyə xalqı tarix boyu olduğu kimi, bu gün də məzlumların yanında olmağa və Fələstin xalqının yaşadığı ağrılara səssiz qalmamağa davam edəcək.

“Bu, siyasi deyil, insani və vicdani mövqedir. Ümid edirik ki, UEFA da bu həssaslığı eyni anlayışla qiymətləndirəcək və siyasi motivlərlə edilən şikayətə əhəmiyyət verməyəcək”, – deyə Özbek vurğulayıb.

Türkiyə mediasının məlumatına görə, UEFA nümayəndələri təhlükəsizliklə bağlı keçirilən iclasda “Qalatasaray” azarkeşlərinin pankartlarını da müzakirə ediblər. Bildirilib ki, stadionda yenidən Fələstinə dəstək pankartları açılacağı təqdirdə klub UEFA-nın intizam tədbirləri ilə üzləşə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью