Netanyahu: Qasim Süleymaninin öldürülməsi dünyadakı balansı dəyişdi

13.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Qasim Süleymaninin öldürülməsi dünyadakı balansı dəyişdi.

APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İsrail parlamentindəki çıxışında deyib.

“Qasim Süleymaninin eliminasiyası dünyadakı balansı dəyişdi və Amerikanı yenidən əsas qüvvəyə çevirdi. Sinvar, Haniyə, Nəsrullah. Onların hamısı getdi”, - Netanyahu qeyd edib.

O, ABŞ prezidenti Donald Trampın İsrail üçün gördüyü işləri bir-bir sadalayaraq, onu “İsrailin indiyə qədər Ağ Evdə oturan ən yaxşı dostu” adlandırıb.

Netantahu ABŞ-ın İranın nüvə təsisatlarına hücumuna görə Trampa minnətdarlığını bildirib.

"Gələcək illər sülh dövrü olacaq", - o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью