Netanyahu Qəzza ilə bağlı tapşırıq verdi

16.02.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlar qrupuna Qəzza ilə bağlı sazişin sonrakı icrasını müzakirə etmək üçün fevralın 17-də Qahirəyə getməyi tapşırıb.

Axar.az xəbər verir ki, bu barədə hökumət başçısının aparatı məlumat yayıb.

"Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffla razılaşaraq Baş nazir Netanyahu danışıqlar qrupuna sazişin birinci mərhələsinin gələcək icrasını müzakirə etmək üçün sabah Qahirəyə getməyi tapşırıb. Hökumətdə sabahkı müzakirədən sonra danışıqlar qrupu ikinci mərhələ üzrə məsləhətləşmələri davam etdirməklə bağlı göstərişlər alacaq",- qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью