Netanyahu Qəzza sakinlərinin anklavı tərk etmək hüququnu dəstəkləyib

17.02.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Qəzza zolağında yaşayan fələstinlilərə könüllü olaraq anklavı tərk etmək imkanı verilməlidir.

“Report”un “Ynet” portalına istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Amerika yəhudi təşkilatlarının rəhbərlərinin Qüdsdə keçirilən konfransında deyib.

“Niyə Qəzza sakinlərinə seçim imkanı verilməsin? Qoy getsinlər”, - deyə o vurğulayıb.

Hökumət başçısının sözlərinə görə, son iki ildə Qəzzanı 100 min sakin tərk edib: “Varlılar gedə bilər, amma qalanlar da getmək istəyirlərsə, getsinlər. Biz onlara təhlükəsiz zonaya çatmaq imkanı vermək istəyirik. İnsanlar mühacirət etmək istəyirlərsə, bu onların seçimidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью