Netanyahu: “Qəzza zolağında saxlanılan bütün girovları geri qaytarmaqda qərarlıyıq”

22.02.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

“Fevralın 22-də HƏMAS tərəfindən girov götürülən 6 nəfərin azad edilməsindən sonra İsrail Qəzza zolağında saxlanılan bütün girovları geri qaytarmaqda qərarlıdır”.
Bizim.Media xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib.
“Biz indiyədək 192 girovu geri qaytarmışıq. Onlardan 147-si sağ, 45-i isə ölüdür. HƏMAS hələ də 63 nəfəri girov saxlamaqdadır. İsrail hökuməti onları geri qaytarmaq üçün səylərini davam etdirməyə qətiyyətlə sadiqdir”, - deyə Baş nazir qeyd edib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью