Netanyahu Qəzzada əməliyyatdan dərhal sonra seçkilər təyin edə bilər

24.06.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda uğurlu hərbi əməliyyat və ABŞ-ın döyüşlərə cəlb olunması fonunda baş nazir Benyamin Netanyahunun ətrafı Qəzzada kampaniya başa çatdıqdan dərhal sonra növbədənkənar seçkilərin təyin edilməsi imkanını müzakirə edir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Kanal 12" məlumat yayıb.

Hökumət başçısına yaxın olanlar hesab edirlər ki, Netanyahu İrandakı əməliyyat uğurlarından yararlanmalı, Qəzzada cəbhəni bağlamalı və seçkilərə doğru getməlidir.

Knessetin növbəti iclasında baş nazir iki əsas məsələ ilə - hərbi xidmətdən azad olunma haqqında qanun və böyük hərbi xərcləri əhatə etməli olan büdcənin təsdiqi ilə məşğul olacaq. Artıq siyasi sistemdə potensial seçki kampaniyasına hazırlıq hiss olunur.

7 oktyabr hadisələrinin “tarixi islah” və İranla qarşıdurmada strateji məqsədə çatmaq naminə ağır, lakin zəruri qiymət kimi təqdim edildiyi rəvayət formalaşdırılır.

Netanyahu namizədliyini irəli sürmək qərarına gəlsə, onun kampaniyasının Səudiyyə Ərəbistanı ilə İbrahim razılaşması sazişini imzalamaq niyyətinə və Fələstin dövlətinin yaradılmasını qəti şəkildə rədd etməsinə yönələcəyi gözlənilir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью