Netanyahu: Qəzzada əməliyyatımız dayanmayacaq HƏMAS bir daha burada mövcud olmayacaq

09.07.2025

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

"Biz Qəzza zolağına hücumları davam etdirəcəyik. Əməliyyat dayanmayacaq".

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, HƏMAS-la əsirlərin dəyişdirilməsi və atəşkəs danışıqlarının getdiyi bir məqamda bu bəyanatı  İsrailin Baş naziri Benyamin Netanyahu verib.

O, Qəzzadakı əməliyyatın davam etdirilməsində qərarlı olduqlarını təkralayıb: "Onlar (HƏMAS yaralılarını nəzərdə tutur -Mia.az) Qəzza zolağının şimalında bizim 5 əsgərimizi öldürüb. Bu, İsrail xalqı üçün çətin bir gündür. Lakin qətiyyətli bir gündür, Əməliyyatımız daha sərt şəkildə məqsədinə çatana qədər davam edəcək. bizimməqsədimiz aydındır: bütün girov və əsirlərin azad edilməsini təmin etmək, HƏMAS-ın hərbi və inzibati imkanlarını yox etmək və Qəzzanın İsrail üçün artıq təhlükə yaratmamasına nail olmaq. HƏMAS bir daha burada mövcud olmayacaq"

Tahir Şəlvəli
MİA.AZ

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью