Netanyahu Qəzzada münaqişənin tənzimlənməsinin şərtlərini açıqlayıb

30.03.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

İsrail Baş naziri Binyamin Netanyahu Qəzzada münaqişənin tənzimlənməsinin şərtlərini açıqlayıb.

APA-nın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, Binyamin Netanyahu deyib ki, Nazirlər Kabineti HAMAS-a təzyiqin gücləndirilməsini dəstəkləyib.

Baş nazir bildirib ki, İsrail atəş altında HAMAS-la danışıqlar aparır və bu, effektivdir. Binyamin Netanyahu qeyd edib ki, HAMAS-la girovların azad olunması və atəşin dayandırılması barədə razılaşmanın yekun mərhələsini müzakirə etməyə də hazırdırlar: “HAMAS silahı yerə qoymalıdır. HAMAS-ın liderlərinə Qəzza zolağını tərk etməyə icazə veriləcək. Biz Qəzzada ümumi təhlükəsizliyi təmin edəcək və Qəzzadan könüllü immiqrasiya ilə bağlı Trampın planını reallaşdıracağıq. Bunu istənilən vaxt müzakirə etməyə hazırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью