Netanyahu: “Qəzzada növbəti mərhələ bərpa yox, HƏMAS ın tərksilahıdır”

26.01.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Növbəti mərhələ bərpa deyil. Növbəti mərhələ HƏMAS-ın tərksilah edilməsi və Qəzza sektorunun demilitarizasiyasıdır”.
Bizim.Media xəbər verir ki, bunu Albaniyanın baş naziri Edi Ramanın İsrailə səfərinə həsr olunmuş Knessetin xüsusi iclasında çıxış edən Benyamin Netanyahu bildirib. O vurğulayıb ki, İsrail məhz bu mərhələnin irəlilədilməsində israrlıdır.
İsrail hökumətinin başçısı qeyd edib ki, bu prosesin uzadılmaması İsrailin maraqlarına uyğundur:
“Bu ya asan yolla baş verəcək, ya da çətin yolla. Amma baş verəcək”.
İsrailin baş naziri çıxışının əvvəlində təntənəli şəkildə bəyan edib ki, Qəzzada artıq girov qalmayıb:
“Hörmətli Knesset üzvləri, biz bu yaxınlarda Ran Gvilini geri qaytardıq. Qəzzada artıq girov qalmayıb”.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью