Netanyahu Qəzzada qələbə vəd etdi

19.05.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əməliyyatın bir-biri ilə əlaqəli iki məqsədi var. Bunlar HƏMAS-ın məhvi və girovların azadlığına nail olmaqdır. Biz hər ikisinə nail olacağıq.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu etdiyi videomüraciətdə deyib.

O, Qəzza zolağında qələbə qazanacaqlarını bildirib, lakin Dohada atəşkəslə bağlı davam edən danışıqlara toxunmayıb.

Netanyahu həmçinin qeyd edib ki, İsrail terrorçuların və oxşar elementlərin (İsrail ərazisinə - red.) sızmasının qarşısını almaq üçün Qolan təpələrindən Eylata qədər İordan çayı boyunca sədd yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью