Netanyahu qorxur! Təyyarəsi Avropadan yan keçərək ABŞ a uçub...

25.09.2025

Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrailin baş naziri Benyamin Netanyahunun təyyarəsi Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına görə ABŞ-a fərqli marşrutla gedib.
Sitat.info xəbər verir ki, BMT Baş Assambleyasına qatılmaq üçün ABŞ-a səfər edən İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına görə fərqli yol tutub. Netanyahunun BMT Baş Assambleyasında iştirak etmək üçün gecəylə Təl-Əvivdən ABŞ-a getdiyi bildirilir.

Nyu Yorka yola düşməzdən əvvəl hava limanında çıxış edən Netanyahu BMT Baş Assambleyasında Fələstin Dövlətini tanıyan ölkələri tənqid edən çıxış edəcəyini bildirib. O, həmçinin sentyabrın 29-da ABŞ prezidenti Donald Trampla görüşündə Təl-Əvivin Qəzza ilə bağlı “məqsədlərini” müzakirə edəcəklərini bildirib.

Flight Radar saytındakı xəritəyə görə, Netanyahunu daşıyan təyyarə Avropa üzərindən Nyu-Yorka getmək əvəzinə Aralıq dənizini keçib. Təyyarənin Yunanıstan və İtaliya hava məkanından istifadə etdiyi və Fransa hava məkanına daxil olmadığı müşahidə edilib.

Aytac,

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью