Netanyahu razılaşdı: Qəzza ilə bağlı növbəti raund...

02.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

İsrail Baş naziri Benyamin Netanyahu və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff fevralın 3-də Vaşinqtonda Qəzza razılaşmasının növbəti mərhələsi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər.

Axar.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

"Netanyahu Vitkoff ilə danışıb. Tərəflər razılaşıblar ki, gələn bazar ertəsi Vaşinqtonda keçiriləcək görüşdə girovlarla bağlı razılaşmanın ikinci mərhələsi üzrə danışıqlar başlayacaq", - məlumatda qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью