Netanyahu rotasiya şəklində ikinci Baş nazir olmağa razıdır

28.11.2026

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qadi Eysenkotun ilk Baş nazir olmasına razılıq vermək mənim vəzifəmdir"

İsrail Baş naziri Benyamin Netanyahu milli birlik hökuməti qurmaq üçün müxalif “Yaşar” Partiyasının rəhbəri Qadi Eysenkotla rotasiya şəklində ikinci Baş nazir olmağa hazır olduğunu bildirib.

AYNA.AZ xəbər verir ki, Baş nazirin açıqlaması “Ynet” tərəfindən yayılıb.

"Təhdidlərin miqyasını və onlara qarşı çıxa bilməyən bir hökumətin qurulma ehtimalını nəzərə alaraq, lider kimi hökumətə rəhbərlik etmək hüququnun ən böyük partiyaya məxsus olması prinsipindən imtina etmək və Qadi Eysenkotun ilk Baş nazir olmasına razılıq vermək, əvvəlcə rotasiya əsasında Baş nazir vəzifəsini icra etməsi ilə razılaşmaq mənim vəzifəmdir", - deyə bildirib.

Netanyahu əvvəllər Eysenkotu milli birlik kabineti yaratmağa çağırıb. Lakin hazırkı Baş nazirin onun ilk Baş nazir vəzifəsini icra etməsinə razı olduğunu bildirməsi ilk dəfədir.

Qeyd edək ki, 27 oktyabrda İsraildə parlament seçkiləri keçirildi və nəticədə Netanyahunun “Likud” Partiyası 27 yerlə birinci yeri, Eysenkotun “Yaşar” Partiyası isə 21 yerlə ikinci yeri tutdu. 8 noyabrda İsrail Prezidenti İsaak Hersoq Knessetdə (parlament) yer qazanmış siyasi qüvvələrin nümayəndələri ilə məsləhətləşmələrdən sonra Eysenkota yeni hökumət qurmaq tapşırığı verdi. Onların əksəriyyəti “Yaşar” Partiyasının liderini Baş nazir vəzifəsinə tövsiyə etdi. Həmin andan etibarən qanuna əsasən, 28 günlük geri sayım başladı və bu müddət ərzində Eysenkot hökumət koalisiyası yaratmaq üçün 120 Knesset üzvünün əksəriyyətinin dəstəyini qazanmalıdır.

Əgər Eysenkot ayrılmış vaxt ərzində kabinet qura bilməsə, qanun bu müddətin əlavə 14 gün uzadılmasını nəzərdə tutur. Əgər koalisiya hələ də formalaşmasa, hökumət qurmaq mandatı başqa bir namizədə veriləcək və onun uzadılma ehtimalı olmadan bunu etmək üçün 28 günü olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью