Netanyahu Rubio ilə girovlar barədə danışdı

23.03.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.

Axar.az TASS-a istinadən xəbər verir ki, rəsmilər Yaxın Şərqdəki vəziyyəti, o cümlədən Qəzza zolağında saxlanılan israilli girovlarla bağlı durumu müzakirə ediblər.

"Tərəflər regionda baş verən son hadisələri, o cümlədən girovların azad edilməsi və Qəzza zolağında hərbi əməliyyatların bərpasını müzakirə ediblər. Dövlət katibi Rubio ABŞ-ın İsrailə və onun siyasətinə tam və qeyd-şərtsiz dəstəyini ifadə edib", - məlumatda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью